Qəzza küçələrində 150 min ton zibil yığılıb

Tasnim: İsrail ordusu Qəzza küçələrindən 150 min ton zibilin çıxarılmasına icazə vermir...

İsrail ordusunun müqaviməti səbəbindən yerli hakimiyyət şəhərdə yığılan əhəmiyyətli miqdarda zibilləri Qəzzadan çıxara bilmir.

Poliqon xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Mövcud məlumatlara görə, ötən ilin oktyabrından Qəzzanın küçələrində ən azı 150 min ton zibil yığılıb. İsrail hərbçilərinin müqaviməti səbəbindən bələdiyyə orqanları bu zibilləri şəhərlərdən çıxara bilmir. Qəzza bələdiyyəsinin nümayəndələri zibillə bağlı problemin vətəndaşların sağlamlığına böyük zərbə vurduğunu və müxtəlif xəstəliklərin yayılmasına səbəb olduğunu vurğulayıblar.

Qeyd edək ki, bundan əvvəl Baş Qərargah rəisi Herzi Halevi bildirmişdi ki, İsrail ordusu Qəzza zolağı ilə Misir sərhədində “Filadelfiya dəhlizi”ndə etibarlı mövqe tutmağa hazırdır, lakin belə bir qərar verilərsə, hədəfli reydlərə də keçirilə bilər. “Filadelfiya dəhlizi” Qəzza zolağı ilə Misir sərhədi boyunca 20 kilometrlik ensiz zolaqdır.

Poliqon.info