Sumqayıtda qəza baş verib, xəsarət alan var

Sumqayıtda avtomobil qəzası baş verib...

APA xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1977-ci il təvəllüdlü Radim Həsənovu avtomobil vurub.

Hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info