Donald Tusk: Ukrayna Rusiyanı iflic vəziyyətinə salmağı planlaşdırır

Son illərdə baş verdiyi iddia edilən "Rusiya təsirini" araşdırmaq üzrə komissiyanın işi Polşa büdcəsinə təxminən 140 min dollara başa gəlib... 

Poliqon xəbər verir ki, bu barədə Rzeczopspolita yazıb.

"PiS (Qanun və Ədalət Partiyası) tərəfindən yaradılan Rusiyaya təsir üzrə komissiyanın üç aylıq işinə 555 min zlotidən (139 min dollar) çox pul xərclənib", deyə materialda qeyd edilir.

Bildirilir ki, Rusiya təsirinin öyrənilməsi üzrə Dövlət Komissiyasının 9 üzvünün 3 ay ərzində maaşlarına 422 min zloti (təxminən 108,3 min dollar) xərclənib. Komissiya avqustun sonundan 2023-cü il noyabrın 29-dək qüvvədə olub.

Bundan əvvəl Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Siemonyak bildirib ki, 2023-cü ilin dekabr ayından bu yana Polşada 18 vətəndaş Rusiya və Belarusun xeyrinə casusluqda ittiham olunaraq saxlanılıb və həbs edilib. Siemonyakın sözlərinə görə, bütün vətəndaşlar Polşa ərazisində təxribat aktları planlaşdırmaqda və ya törətməyə cəhddə ittiham olunurlar. Söhbət Rusiya və Belarus kəşfiyyat xidmətləri ilə birbaşa əməkdaşlıqdan gedir.

Bu arada, Polşanın baş naziri Donald Tusk bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hərəkətləri müdafiə xarakteri daşıyır və Kiyev Rusiyanı iflic vəziyyətinə salmağı planlaşdırır. 

Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionuna hücumu ilə bağlı sualı cavablandıran Tusk bildirib ki, Kiyev münaqişəni Rusiyanı iflic vəziyyətinə salacaq şəkildə aparmaq hüququna malikdir: "Ukraynanın hərəkətləri müdafiə xarakteri daşıyır".

O, həmçinin bir daha əmin edib ki, Kiyev Varşavanın tam dəstəyinə malikdir və ölkəsi lazım olduğu müddətdə Ukraynanı dəstəkləmək niyyətindədir.

Poliqon.info