Türkiyəyə səfər edənlərlə bağlı yenilik: Barmaq izi götürüləcək

Türkiyə Daxili İşlər Nazirliyi ölkəyə daxil olan hər kəs üçün barmaq izi sisteminin tətbiqi ilə bağlı layihə hazırlayıb...

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

O qeyd edib ki, oxşar təcrübələr artıq ABŞ və Böyük Britaniyada da tətbiq edilib.

Ali Yerlikaya əlavə edib ki, Türkiyədən müvəqqəti qoruma statusu alanların, xüsusilə də suriyalıların şəxsiyyət vəsiqələrinə çip yerləşdiriləcək.

Poliqon.info