Türkiyədə ağır yol qəzası olub, 22 nəfər yaralanıb

Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb, 22 nəfər yaralanıb...

“Report” “NTV Haber”ə istinadən xəbər verir ki, hadisə Akçadağ rayonunda baş verib.

Onlardan üçünün durumunun ağır olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi məlum deyil.

Poliqon.info