Banqladeşdən qaçan keçmiş baş nazir qətldə ittiham olunur

Banqladeşin keçmiş baş naziri Şeyx Hasina və daha 6 nəfər qətldə ittiham olunur...

Poliqon xəbər verir ki, bu barədə The Daily Star qəzeti yazıb.

Bu, iyulun 19-da Dəkkənin Məhəmmədpur bölgəsində ərzaq mağazası sahibi Əbu Səidin ölkədəki iğtişaşlar zamanı polisin tələbələrə və başqalarına qarşı fərq qoymadan atəş açması nəticəsində həlak olması ilə bağlıdır.

Avami Liqasının baş katibi Obaidul Quader və daxili işlər naziri Əsəduzzaman Xan Kamal da bu işdə iştirak edir. Bundan əlavə, adı açıqlanmayan bir neçə yüksək vəzifəli polis və dövlət məmuru ittiham olunub.

Məhəmmədpur sakini və qurbanın yaxınları Əmir Həmzə Şatil, Şeyx Hasina və başqalarına qarşı Böyükşəhər Maqistrator Rajeş məhkəməsində iş qaldırıb.

Qeyd edək ki, avqustun 5-də baş nazir Şeyx Hasinanın istefa verdiyi və Hindistana uçduğu məlum olub.

Poliqon.info