Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub...

Oxu.Az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov öz "Telegram" kanalında məlumat verib.

O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri hər gün bölgəni atəşə tutur, bəzi evlər dağılıb, sakinlər arasında ölənlər və itkin düşənlər var.

Qeyd edək ki, avqustun 7-də Kursk vilayətində regional, 9-da isə federal səviyyəli fövqəladə rejim tətbiq edilib.

Poliqon.info