UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Bu gün 49-cu UEFA Superkuboku "Atalanta" - "Real Madrid" matçında öz sahibini tapacaq...

Poliqon xəbər verir ki, Polşanın Varşava şəhərində keçiriləcək Superkubok uğrunda matçda UEFA Çempionlar Liqasının qalibi "Real Madrid"lə UEFA Avropa Liqasının qalibi "Atalanta" üz-üzə gələcək.

Qeyd edək ki, maraqlı futbol tamaşası vəd edən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Superkuboku

14 avqust

"Real Madrid" - "Atalanta"

Saat 23:00, "PGE Narodovy" stadionu

Poliqon.info