Kişida Yaponiyanın baş naziri postunu tərk edəcək

Yaponiyanın baş naziri Fumio Kişida sentyabrda hakim Liberal Demokrat Partiyasının rəhbəri vəzifəsinə qarşıdan gələn seçkilərdə ikinci müddətə namizəd olmamaq qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Məliumatda qeyd olunur ki, siyasətçi seçkilərdən sonra baş nazir postunu tərk edəcək. Baş nazir bu barədə məlumatı mətbuat konfransı zamanı bu təsdiqləyib.

“Qarşıdan gələn seçkilərdə seçicilərə yeni Liberal Demokrat Partiyasını nümayiş etdirmək vacibdir. Bunun üçün şəffaf və açıq seçkilər, azad və açıq müzakirələr lazımdır, bu zaman partiya dəyişəcəyini nümayiş etdirə bilər. Ona görə də ilk aşkar addım mənim kənara çəkilməyimdir”, deyə Kişida jurnalistlərə bildirib.

67 yaşlı Fumio Kişida 2021-ci ilin sentyabrından Yaponiya Liberal Demokrat Partiyasına rəhbərlik edir, həmin ilin oktyabrından isə baş nazir vəzifəsini icra edir.

Poliqon.info