Belarus öz hərbi texnikasını Rusiyaya ötürür

Belarus Prezidenti Aleksandr Lukaşenko bir sıra hərbi texnikaların döyüş hissələrindən çıxarılaraq Rusiya Federasiyası Silahlı Qüvvələrinə verilməsi barədə göstəriş verib...

Oxu.Az xəbər verir ki, bu barədə "bel-news" Belarus Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin dediyinə görə, bu, həm Kursk vilayətində, həm də digər istiqamətlərdə itkilər və texnika çatışmazlığı ilə bağlı Rusiya tərəfinin təcili müraciəti ilə bağlıdır.

Məlumata əsasən, Lukaşenkonun Rusiya tərəfinə texnika və sursat ötürməsi ilk dəfə deyil. Analoji hallar əvvəllər də (məsələn 2022-ci ildə) baş verib. Lakin əgər o zaman Belarus tərəfi lazımi texnikanı öz anbarlarından çıxararaq təhvil veribsə, hazırda artıq Belarusun silah-sursat anbarları və arsenalları boşalıb. Ona görə də, lazımi texnika və avadanlıqlar birbaşa mövcud hərbi bölmələrdən alınaraq Rusiyaya göndərilir.

Poliqon.info