Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

Dünən gecə saatlarından başlayaraq, Oğuz - Qəbələ xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər Suraxanı, Pirallahı rayonlarına suyun verilmə rejimində dəyişiklik ediləcək...

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı suyun verilməsimdə fasilələr yaranıb.

Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri aparılır. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması isttiqamətində işlər aparılır.

Oğuz - Qəbələ xəttində təmir-bərpa işləri tezliklə yekunlaşan kimi suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.

Poliqon.info