Türkiyədə terrorçulara şəxsi məlumatları satan kiberşəbəkə ifşa olunub

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları dünya üzrə terror təşkilatlarına şəxsi məlumatların satıldığı kiberşəbəkə aşkarlayıb...

Poliqon xəbər verir ki, bu barədə A Haber telekanalı məlumat yayıb.

"Milli Kəşfiyyat Təşkilatı, Jandarma və Kiber İnsidentlərə Müdaxilə Mərkəzi (USOM) arasında keçirilən birgə əməliyyat nəticəsində şəxsi məlumatları dünya üzrə terror təşkilatlarına satan kibercasusluq şəbəkəsi üzə çıxarılıb. Əməliyyat çərçivəsində 11 nəfər həbs edilib", deyə kanal xəbər verir.

Məlum olub ki, xaricdə də ofisləri olan kibercasusluq şəbəkəsi bir çox ölkədən əldə etdiyi şəxsi məlumatları sorğu edən hər kəsə, o cümlədən terror təşkilatlarına ötürür.

İstintaqın davam etdiyi, təşkilat üzvlərinin həbs edildiyi, bir çox saytların bloklandığı da qeyd edilir.

Poliqon.info