İran Avropa "üçlüyü"nün çağırışına cavab verib

İran suverenliyini və milli təhlükəsizliyini müdafiə etməkdə, eləcə də regionda davamlı sabitliyin təşviqində və qeyri-sabitliyin əsl mənşəyi, həqiqi mənbəyinə bölgədə terrora qarşı çəkindirici qüvvə yaratmaqda qətiyyətlidir...

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Almaniya, Böyük Britaniya və Fransa (Avropa “üçlüyü”) hökumətlərinin regionla bağlı rəsmi Tehrana ünvanladıqları məktuba cavab olaraq bildirib.

Nazirlik rəsmisi deyib ki, ölkəsi beynəlxalq səviyyədə tanınmış hüquqlardan istifadə edərək suverenliyini müdafiə etmək üçün heç kimdən icazə istəməyəcək.

O, Avropa “üçlüyünü” Qəzzadakı humanitar fəlakətin qarşısını almaq üçün fəaliyyətsizlikdə ittiham edib.

Qeyd edək ki, avqustun 12-də Almaniya, Böyük Britaniya və Fransa hökumətləri İrana müraciətə edərək Yaxın Şərqdə müharibəni dayandırmağa, nəzarət altında olan bütün məhbusları sərbəst buraxmağa çağırıblar.

Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. İran hakimiyyəti bu sui-qəsddə İsraili ittiham edir. Tehran rəsmiləri İsrailə zərbə endirərək İsmayıl Haniyənin "qısasını alacaqlar"ını bildiriblər. Beynəlxalq ictimaiyyət, o cümlədən Avropa "üçlüyü" onları bu niyyətlərindən çəkindirməyə çalışır.

Poliqon.info