Fitch Yaxın Şərqdəki münaqişələr səbəbindən İsrailin kredit reytinqini aşağı salıb

Amerikanın “Fitch” reytinq agentliyi İsrailin xarici valyutada uzunmüddətli defolt reytinqini A+-dan A səviyyəsinə endirib...

Poliqon xəbər verir ki, eytinqin aşağı salınması Qəzza zolağında gedən döyüşlər və İsraillə İran arasında davam edən gərginliklə bağlıdır. Bu barədə Agentliyin veb saytında bildirilib.

“Fitch”, İsrailin büdcə kəsirinin 2023-cü ildə ÜDM-in 4,1%-dən 2024-cü ilin sonuna kimi ÜDM-in 7,8%-nə qədər artacağını təxmin edir.

“İnsan həyatı bahasına başa gələn Qəzzada müharibə əhəmiyyətli əlavə hərbi xərclərə, infrastrukturun məhvinə, iqtisadi fəaliyyətə və investisiyaya daha çox ziyan vura bilər ki, bu da İsrailin kredit profilinin daha da pisləşməsi ilə təhdid edir”, deyə hesabatda bildirilir.

Agentlik İsrailin xarici borcunun ÜDM-ə nisbətinin 2024-cü ilin sonuna kimi 70%-ə yüksələcəyini proqnozlaşdırır. 2025-ci ildə bu rəqəm 75%-ə çata bilər və 2020-ci ildə koronavirus pandemiyası zamanı qeydə alınan rekord 71%-i keçə bilər.

Poliqon.info