Tramp Harrisi Baydendən daha bacarıqsız hesab edir

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald TrampDemakratların namizədi Kamala Harrisin bacarıqsızlıqda Baydendən üstün olduğunu bildirib...

ABŞ-ın vitse-prezidenti Kamala Harris səriştəsizliyinə görə hazırkı dövlət başçısı Co Baydendən üstündür.

Poliqon xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib. Eks-prezident bu barədə X sosial şəbəkəsində amerikalı sahibkar, sosial şəbəkənin sahibi İlon Maska müsahibəsində bildirib.

Tramp Baydeni bacarıqsız adlandırmaqla yanaşı, Harrisin belə pis fonda daha da bacarıqsız dövlət xadimi olduğunu vurğulayıb.

ABŞ prezidentliyinə namizəd qeyd edib ki, hazırkı səriştəsiz Vaşinqton administrasiyası ucbatından Ukraynada və Qəzza zolağında münaqişələr baş verib. Tramp bildirib ki, belə münaqişələr ümumiyyətlə olmamalı idi.

Bu baxımdan Tramp bir daha Amerika rəhbərliyinin səriştəsizliyinə işarə edərək, belə insanların dövləti idarə etməməli olduğunu vurğulayıb.

Poliqon.info