Maskın Trampla müsahibəsindən əvvəl X-ə böyük kiberhücum edilib

X sosial şəbəkəsi böyük DDOS hücumuna məruz qalıb...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bu barədə platformanın sahibi İlon Mask bildirib. Mask bu DDOS hücumları Trampla müsahibə ilə əlaqələndirib.

İlon Maskın sözlərinə görə, mütəxəssislər artıq kiberhücumun nəticələrini aradan qaldırmağa nail olublar. Mask xəbərdarlıq edib ki, problem həll olunmasaydı Donald Trampla müsahibə daha az dinləyici ilə davam etdiriləcək və daha sonra geniş ictimaiyyətə açıqlanacaqdı.

Qeyd edilir ki, İlon Maskla Donald Trampın söhbətinin yayımına 120 mindən çox istifadəçi qoşulub. Ancaq bir çoxları xəta mesajı alıblar.

Xtırladaq ki, 2021-ci ilin yanvarında Kapitoliyə hücum zamanı Donald Trampın X hesabı zorakılıq çağırışlarına görə bloklanıb. 2022-ci ilin noyabrında sosial şəbəkə İlon Mask tərəfindən satın alındıqdan sonra siyasətçiyə öz səhifəsinə giriş geri qaytarılıb. Bundan sonra Donald Tramp yalnız bir paylaşım edib. Bundan bir gün əvvəl, avqustun 12-də Tramp X-ə qayıtdığını elan edib və sosial şəbəkədə öz kampaniya videosunu yayımlayıb.

Poliqon.info