Çin gəmisi Baltik dənizində qaz kəmərini zədələyib

Honq-Konq bayrağı altında üzən gəmi 2023-cü ilin oktyabrında Baltik dənizində təsadüfən “Balticconnector” qaz kəmərinə zərər verib...

Pekin etiraf edib ki, ötən ilin oktyabrında Çin gəmisi Estoniya və Finlandiyanı birləşdirən əsas Baltik dəniz qaz kəmərini təsadüfən zədələyib.

Poliqon xəbər verir ki, bu barədə bu barədə Çinin “South China Morning Post” qəzeti məlumat yayıb. İnsident barədə daxili araşdırma aparan və nəticələri Avropa hökumətləri ilə bölüşən Çin səlahiyyətlilərinə məlumat verilib.

Nəşrin məlumatına görə, insident güclü tufan nəticəsində baş verib. Hazırda Estoniya və Finlandiya hadisə zamanı Honq-Konq bayrağı altında üzən və Çinin “NewNew Shipping Line” şirkətində qeydiyyatda olan “NewNew Polar Bear” konteyner gəmisi ilə bağlı birgə cinayət işi aparır.

Estoniya və Finlandiya Çin rəsmilərinin istintaq zamanı müvafiq sənədi rəsmi sübut kimi təqdim etməməsindən narazılıqlarını ifadə ediblər. Estoniya prokurorları və Finlandiya müstəntiqləri hüquqi yardım tələb etməyə davam edir və əvvəlki sorğuların yerinə yetirilməsi ilə bağlı Çindən cavab gözlədiklərini bildiriblər.

Poliqon.info