Britaniya Kurskda “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyib

Böyük Britaniya Ukraynaya Kursk bölgəsinə hücumda uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyib...

Poliqon xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Britaniya baş nazirinin ofisinin nümayəndəsinə istinadən çəlumat yayıb.

“Böyük Britaniyanın mövqeyi dəyişməyib. Biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək üçün hərbi yardım göstəririk. Biz açıq şəkildə bildirdik ki, Böyük Britaniya tərəfindən verilən texnika Ukraynanın müdafiəsi üçün nəzərdə tutulub”, deyə “The Daily Telegraph” adı açıqlanmayan mənbənin sözlərindən sitat gətirir.

İyulun əvvəlində Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, Ukraynaya ötürülən raketlər beynəlxalq humanitar hüquqa uyğun istifadə edilməlidir. Eyni zamanda Stramer qeyd edib ki, Kiyev onları necə tətbiq etmək barədə müstəqil qərar vermək hüququna malikdir.

Poliqon.info