Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Böyük Britaniyanın Baş naziri Keir Starmer İran Prezidenti Məsud Pezeşkian ilə beynəlxalq gərginliyin azaldılması səyləri çərçivəsində otuz dəqiqəlik telefon danışığı aparıb..

APA xəbər verir ki, bu barədə mənbələr “Sky News“a bildirib.

Keir Pezeşkiana İranın hər hansı bir addımının regionu nəzarət olunmaz müharibəyə sürükləməsi riski ilə bağlı xəbərdarlıq edib.

Qeyd edilib ki, Britaniya Baş nazirinin İran Prezidenti ilə telefon danışığı aparması "çox nadir hadisədir".

Poliqon.info