Sırski: Ukrayna ordusu Rusiyanın 1000 kv.km-dək ərazisinə nəzarəti ələ keçirib

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatları davam edir...

Hazırda Rusiya Federasiyasının 1000 kvadrat kilometrə yaxın ərazisi Ukrayna ordusunun nəzarəti altındadır.

APA-nın UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında bildirib.

“Biz bütün əsgərlərə və komandirlərə göstərdikləri mətanətə və qətiyyətli hərəkətlərinə görə minnətdarıq”, - deyə iclasda iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb.

Eyni zamanda Zelenski əlavə edib ki, daxili işlər nazirinə və digər rəsmi şəxslərə və təhlükəsizlik qüvvələrinə əməliyyatın keçiriləcəyi ərazi üçün humanitar plan hazırlamaq tapşırılıb.

Prezident bundan başqa qeyd edib ki, Koordinasiya Qərargahına, Baş Kəşfiyyat İdarəsinə, Ukrayna Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə Ukrayna xalqının Rusiya əsarətindən qayıtması üçün aydın və şəffaf strategiya hazırlamaq tapşırılıb.

Poliqon.info