Türkiyədə terrorçular mədən işçilərinə raket atdılar: Ölən və yaralananlar var

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda, Çalışkan kəndindəki Siyahkaya mədən işçilərinə raket hücumu edilib...

Poliqon bildirir ki, bu barədə Oxu.Az "SABAH"a istinadən xəbər verir.

Məlumata görə, hücum nəticəsində 1 mədən işçisi ölüb, 1-i ağır olmaqla 7 nəfər yaralanıb.

Hadisə yerinə tibb, jandarm və xilasetmə qrupları göndərilib.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olanlar xəstəxanaya çatdırılıblar.

Təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb, hücumu həyata keçirənlərin tutulması üçün işlər davam edir.

Hadisənin baş verdiyi ərazi və ətrafı təhlükəsizlik məqsədilə nəzarətə götürülüb.

Poliqon.info