Paris-2024-də rekord

Paris-2024 Yay Olimpiya Oyunlarının basketbol turniri rekordla əlamətdar olub...

İdman.biz xəbər verir ki, bunu FİBA-nın mətbuat xidməti açıqlayıb.

Kişi və qadın komandaların turnirini 1 milyon 78 min 319 tamaşaçı izləyib. Bu, Olimpiadalar tarixinin ən yüksək göstəricisidir.

Atlanta-1996-da bu rəqəm 1 milyon 68 min 32-yə bərabər olub. Fransa paytaxtında daha az – 52 matç keçirilib və orta tamaşaçı sayı 20 min 737-yə bərabər olub. Kişi komandaların görüşlərini orta hesabla 21 min 711, qadınları isə 19 min 763 seyrçi izləyib.

Qeyd edək ki, qadın basketbolçuların Avropada keçirilən oyunları üçün yeni tamaşaçı rekordu da qeydə alınıb. Avstraliya və Fransanın matçını (79:72) 27 min 193 tamaşaçı seyr edib.

Poliqon.info