“Düşmən layiqli cavabını alacaq” - Putin müşavirə keçirir

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə həmsərhəd olan regionlardakı vəziyyətlə bağlı müşavirə keçirir...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, Putin bir sıra açıqlamalar verib. O bildirib ki, rusiyalı hərbçilər Ukrayna ordusunu Kursk vilayətinin ərazisindən çıxarmalıdır.

"Düşmən, şübhəsiz ki, layiqli cavabını alacaq və qarşımızda duran bütün məqsədlərə, şübhəsiz ki, nail olacağıq", - Rusiya Prezidenti deyib.

Poliqon.info