Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin növbəti siyahısı yaxın günlərdə təsdiqlənəcək    

Xaricdə təhsilə dair Dövlət Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə 295 gənc xaricdə təhsil almaq imkanı qazanıb...

Poliqon xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, seçilənlərin 75%-i magistratura, 25%-i isə bakalavriat üzrə təhsil alacaq.

O qeyd edib ki, bundan əvvəl müsbət nəticə alan və gözləmə siyasında olan tələbələr də bu gün Dövlət Proqramına edilən dəyişikliklə təhsil alacaq 500-dək tələbənin sırasında yer ala bilər.

Onun sözlərinə görə, dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin növbəti siyahısı yaxın günlərdə təsdiqlənəcək.

Poliqon.info