Hökumət rəsmisi: Serbiya Prezidentinin həyatı təhlükədədir      

Slovakiyanın Baş naziri Robert Fitso və ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdlərindən sonra Serbiya Prezidenti Aleksandar Vuçiçin də həyatı təhlükədədir...

APA-nın məlumatına görə, bunu Serbiya Baş nazirinin müavini Aleksandar Vulin RİA “Novosti”yə müsahibəsində deyib.

O bildirib ki, bu addım ölkəsinin hərbi cəhətdən neytrallığını istəməyənlərin, eləcə də Rusiyaya sanksiyaların, Ukrayna münaqişəsinin dinc yolla həllinin, Kosovonun müstəqilliyinin, habelə Serbiya Respublikası ilə Bosniya və Herseqovinadan imtinanın tərəfdarı olan qüvvələr tərəfindən həyata keçirilə bilər.

Poliqon.info