Azad edilmiş ərazilərdə daha 207 mina, 10 040 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləm Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.08.2024 - 11.08.2024) məlumat açıqlanıb

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 163 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 10 040 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 224,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Poliqon.info