FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb...

Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə suda batan şəxslə bağlı məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Sadiq Hüseynov Mingəçevir su anbarının Goranboy rayon ərazisində boğularaq ölüb.

Onun meyti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info