Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

73 saylı Cəlilabad-Masallı seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimli Masallı rayonunu Təzə Alvalı kəndində seçicilərlə görüş keçirib.

Seçicilərin fəallığı ilə keçən görüşdə çıxış edən deputatlığa namizəd ötən dörd ildə ölkəmizin həyatında baş verən hadisələri ,  Zəfər savaşı ilə başlayan uğur dövrünü geniş şəkildə təhlil etmişdir. F.İbrahimli son dövrdə parlamentdəki fəaliyyətindən danışmış, çıxış edən seçicilər onun deputat fəaliyyətindən razılığını bildirmiş, ayrı-ayrı problemlərin həllində iştirakından danışmışlar.

Deputatlığa namizəd Fəzail İbrahimli öz platforması ilə seçiciləri tanış etmiş və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırmışdır. Görüş zamanı seçiciləri narahat edən problemləri dinləyən Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri adiyyatı təşkilatların qarşısında qaldıracağını və həllinə nail olacağını bildirdi. Çıxış edənlər 1 sentyabr 2024 – ci il parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirmişlər.

Poliqon.info