Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Astarada, dağın qoynunda cəmi doqquz evdən ibarət, altı ailənin yaşadığı Navi adlı bir kənd var. Bu yaşayış məntəqəsi Astaranın məşhur Sım kəndindən təqribən 16 kilometr məsafədə yerləşir...

Kəndə gedən yol son dərəcə narahat və təhlükəli olduğundan oraya yalnız xüsusi avtomobillərlə getmək mümkündür. Yağışlı və qarlı hava şəraitində isə dağlıq relyef üçün əlverişli sayılan o maşınların belə, həmin yolda hərəkəti mümkünsüz olur.

"Report"un əməkdaşları Navi kəndində bir gün keçirib, oranın gözəlliyi, insanların həyat tərzi və ərazidəki füsunkar Şi-Çır şəlaləsi ilə bağlı videoreportaj hazırlayıblar.

Navi kəndindən olan videoreportajı təqdim edirik:

Poliqon.info