Bakıda evlərdən 11 min manat oğurlamaqda şübhəli bilinən silahlı şəxs saxlanılıb

Bakıda evlərdən birinin həyətinə naməlum şəxsin icazəsiz girdiyi barədə polisə məlumat daxil olub...

Bu barədə Poliqon-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov müəyyən olunaraq saxlanılıb. Axtarış zamanı ondan bir ədəd tapança aşkar olunaraq götürülüb.

Araşdırmalarla M.Məmmədovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11000 manat və məişət əşyaları oğurlaması da müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Poliqon.info