Netanyahu nazirlərə təhlükəsizlik məsələlərini şərh etməyi qadağan edib

İsrailin baş naziri Benyamin Netanyahu İran və Livan Hizbullahının gözlənilən hücumu fonunda nazirlərə təhlükəsizlik məsələlərini açıq şəkildə şərh etməyi qadağan edib...

Poliqon xəbər verir ki, bu barədə Kan radiosu məlumat yayıb.

Baş nazir bu məsələnin müzakirə olunacağı təqdirdə "ölümcül nəticələr" barədə xəbərdarlıq edib.

Kan-ın məlumatına görə, Netanyahu deyib ki, qarşıdakı günlər İsrail üçün taleyüklü olacaq. İctimai müzakirəyə qadağa bu gün, avqustun 12-də səhər saatlarında tətbiq edilib. İsrail hakimiyyəti yaxın günlərdə İranın hücumunu gözləyir.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsindən və Livan hərəkatının hərbi qanadının komandirlərindən biri Fuad Şükrün Beyrutda məhv edilməsindən sonra İran hakimiyyəti və Hizbullah İsrailə cavab zərbələri endirəcəklərini vəd ediblər. Sky News Arabia mənbələrinin məlumatına görə, bu tarixlər yəhudi xalqının matəm günü olan Tişa B'Av gününə təsadüf etdiyi üçün Tehran 12 və ya 13 avqustda hücum etməyi planlaşdırır.

Poliqon.info