Yevlaxda kişi arvadına küt alətlə xəsarət yetirməkdə şübhəli bilinir

Yevlaxda kişi arvadına ağır xəsarət yetirib...

Bu barədə DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb. S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib"- deyə məlumatda qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info