Vuçiçin həyatı beynəlxalq narkoklanlar tərəfindən təhdid edilir

Aleksandr Vuçiçin siyasətinin əleyhdarları Serbiya prezidentinin həyatı üçün təhlükə yaradır...

Poliqon xəbər berir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib.

Vitse-premyerin sözlərinə görə, Vuçiç həm də beynəlxalq narkotik klanları tərəfindən təhdid edilir. Vulin iddia edib ki, narkoklanlar xarici kəşfiyyat xidmətlərinin dəstəyini alırlar.

“Vuçiç həyatı Serbiyanın hərbi neytrallığını dayandırmasını, Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini, Kosovonun müstəqilliyini tanımasını və Bosniya və Herseqovinadakı Serb Respublikasından imtina etməsini istəyənlər tərəfindən təhlükə altında olan bir adamdır. Belə insanlar çoxdur, lakin onlardan heç biri Şərqdə deyil”, deyə Vulin vurulayıb. Baş nazirin müavini söhbətin hansı ölkələrin kəşfiyyat xidmətlərindən getdiyini açıqlamayıb.

Qeyd edək ki. avqustun 8-də Serbiyanın “Vecernje Novosti” qəzeti yazıb ki, Serbiyadakı qərbyönlü müxalifət nümayəndələri Belqradda keçirilən etiraz aksiyalarından istifadə edərək prezident sarayını ələ keçirmək istəyirlər. Onların Aleksandr Vuçiçə qarşı sui-qəsd hazırladıqları da iddia edilib. Avqustun 10-da Belqradda Serbiyada litium hasilatına qarşı minlərlə mitinq keçirilib və bu, iki dəmiryol stansiyasının blokadasına çevrilib. Vuçiç bildirib ki, Rusiya rəsmi kanallar vasitəsilə Serbiyaya ölkədə gözlənilən kütləvi iğtişaşlar barədə xəbərdarlıq edib.

Poliqon.info