Kursk vilayətinin Belovski rayonunun bütün sakinləri təxliyə edilir

Kursk vilayətinin Belovski rayonunun rəhbəri bütün sakinlərinin təxliyə edilməsini vacib hesab edib...

Kursk vilayətinin Belovski rayonunun rəhbəri Nikolay Volobuyev sakinləri könüllü olaraq təxliyə etməyə çağırıb.

Poliqon xəbər verir ki, məmurun əhaliyə müraciəti onun Telegram kanalında yerləşdirilib.

“Ərazidə hələ də kim qalırsa, bütün sakinlərə ərazini tərk etmək vacibdir”, deyə Volobuyev sərhəd rayonunun sakinlərinə müraciət edib.

Volobuyevin sözlərinə görə, vəziyyət çox gərgin olaraq qalır. Oboyanski rayonunun Dolqiye Budı və ya Buşmeno kənd sovetinə gələnlərə təxliyə üçün avtobuslar veriləcəyi vəd edilir.

Qeyd edək ki, avqustun 6-da Ukrayna hərbiçiləri sərhədi keçərək Kursk vilayəti ərazisinin dərinliyinə daxil olublar. Avqustun 8-də Rusiya Müdafiə Nazirliyi Sudjanski və Korenevski rayonlarında döyüşlərin getdiyini bildirib. Avqustun 9-da axşam saatlarında Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatı (KTO) rejimi tətbiq edilib.

Poliqon.info