Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Paris-2024 Yay Olimpiya Oyunlarının medal siyahısında dəyişiklik ola bilər...

İdman.biz xəbər verir ki, buna səbəb 89 kq çəkidə kişi ağırlıqqaldıranlarların yarışında yaranan vəziyyətdir.

Olimpiadanı 4-cü başa vuran Marin Robu bürünc medalı almağa iddialıdır. Bununla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.

Moldovanın ağırlıqqaldırma federasiyası və olimpiya komitəsi 3-cü olan italiyalının Antonino Pizzolatonun nəticəsinin düzgün qeydə alınmadığını, 212 kq çəkini qaldırdığı son cəhdinin qaydalar çərçivəsində olmadığını iddia edir. Onlar bürünc mükafatın apenninlidən alınması və Robuya verilməsini istəyir.

Qeyd edək ki, bu çəkidə Karlos May Nasar (Bolqarıstan) dünya çempionu olub – 404 kq (180+224). Kolumbiyalı Yeison Lopes 390 kq ilə (180+210) ikinci, Antonino Pizzolato 384 kq (172+212) nəticə ilə üçüncü olub. Robu 383 kq (175+208) çəki qaldırıb.

Poliqon.info