"Qarabağ" üçüncü dəfə ölkə çempionatına böyük hesablı qələbələrlə başlayıb

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünə iki böyükhesablı qələbə ilə başlayıb...

Poliqon Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyükhesablı qalibiyyət əldə edib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv “Araz-Naxçıvan”a 4:1, “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.

Ağdam klubu bunu üçüncü dəfə bacarıb. 1993/1994 və 2003/2004 mövsümlərində də oxşar ssenari yaşanıb.

2000/2001 mövsümündə “Neftçi” ilk iki oyununda üç və ya daha çox top fərqilə qalib gəlib. Sonuncu belə start isə 2008/2009 mövsümündə gerçəkləşib. 16 il əvvəl “Qəbələ” ilk iki görüşdə böyük hesabla qalib gəlib.

Poliqon.info