Banqladeşdən qaçan baş nazirin oğlu: Anam ABŞ-ı günahlandırmayıb...

Banqladeşin keçmiş baş nazirinin oğlu və müşaviri Sajib Vazed deyib ki, anası Şeyx Hasina etirazları qızışdırmaqda və onun istefasında ABŞ-ı günahlandırmayıb...

Poliqon xəbər verir ki, Sajib Vazed baş nazir postundan getməsi ilə bağlı anasına ünvanlanan bəyanatı yalan və uydurma adlandırıb.

Sajib Vazed X sosial şəbəkəsində yazıb: "Mən ondan indicə Dəkkəni (Banqladeşin paytaxtı-red.) tərk etməzdən əvvəl və ya ondan sonra heç bir açıqlama vermədiyi barədə təsdiq aldım".

Bir gün əvvəl bir neçə nəşr, o cümlədən The Economic Times Şeyx Hasinanın tərəfdarlarına göndərdiyi məktubun mətninə istinad edib. İddialara görə, keçmiş baş nazir ABŞ-ın Banqladeşdə etirazlara səbəb olduğunu, çünki hökumət başçısı kimi Benqal körfəzindəki Sent-Martin adasını ABŞ hərbi bazası üçün təhvil verməkdən imtina etdiyini bildirib.

İyulun əvvəlindən Banqladeşdə korrupsiyaya qarşı kütləvi tələbə etirazları keçirilir. Polislə toqquşmalarda 550-dən çox insan həlak olub. Avqustun 5-də Şeyx Hasina baş nazirlikdən istefa verdiyini elan edərək ölkəni tərk edib. Banqladeşdə müvəqqəti hökumət qurulub.

Poliqon.info