Ruslar Ukraynanın Kurska hücumunu dəf edə bilmir

Rusiya qoşunları Kursk vilayətində Ukraynanın hücumunun qarşısını ala bilmir...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşrinin məqaləsində bildirilir.

Qeyd olunur ki, çərşənbə axşamı əməliyyat başlayandan Ukrayna Silahlı Qüvvələri Rusiyanın 30 km dərinliyinə qədər irəliləyib. Xüsusilə də qoşunlar Rusiya sərhədindən çox da uzaq olmayan Kursk vilayətinin Suca kəndini ələ keçiriblər.

"Biz daha dərinə gedirik" deyən ukraynalı əsgər Denis əlavə edib ki, Rusiyanın əlavə qüvvələr tətbiq etməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri üstünlüyə malikdir.

Konstantin adlı başqa bir əsgər bilfirib ki, sürpriz əməliyyatın erkən uğuru onların əhvalını yüksəldib.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, əməliyyatın təfərrüatları hələlik açıqlanmır, çünki Silahlı Qüvvələr hazırda hər şeyin necə inkişaf edəcəyini gözləyir.

Karl Universitetinin (Praqa) politoloqu və tədqiqatçısı Oleksandr Morozov bəyan edib ki, Kursk vilayətində keçirilən əməliyyat Rusiya Federasiyasının bütün suverenliyi konsepsiyasına ağır zərbədir.

Poliqon.info