Paris-2024: Bağlanış mərasimi keçirilib - Video

Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib...

İdman.biz xəbər verir ki, tədbir "Park de Prens" stadionunda təşkil olunub.

Saat 23:00-da start götürən mərasimdə Azərbaycan nümayəndə heyətinin keçidi baş tutub. Taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümmətova komandamızın bayraqdarları olublar.

Bədii hissədən sonra Paris-2024 Olimpiadasının Təşkilat Komitəsinin sədri Toni Estanqe və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək, Oyunların uğurlu alındığını və idmançıların, azarkeşlərin, eləcə də milyonlarca tamaşaçının xatirəsinə əbədi həkk olunduğunu bildiriblər.

Tədbirin sonunda Olimpiya bayrağı növbəti oyunların təşkilatçısı Los-Anceles merinə təqdim edilib. Bundan sonra məşhur aktyor Tom Krusun iştirakı ilə bayrağın Los-Ancelesə çatdırılması ilə bağlı maraqlı videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, iyulin 26-da start götürən Paris-2024 Olimpiadasında 329 dəst medal öz sahibini tapıb. Azərbaycan yığması 2 qızıl, 2 gümüş və 3 bürünclə oyunları 30-cu pillədə başa vurub.

Poliqon.info