Bayden Trampı ABŞ-ın təhlükəsizliyinə əsl təhdid adlandırır

ABŞ prezidentinin sözlərinə görə, onun sələfi Amerika demokratiyasının təsisatlarına hörmət etmir...

ABŞ prezidenti Co Bayden bildirib ki, o, sələfi, Ağ Evin rəhbəri postuna Respublikaçılar Partiyasından namizəd Donald Trampı ölkənin təhlükəsizliyinə əsl təhdid hesab edir.

Poliqon xəbər verir ki, Bayden bu fikri CBS telekanalına müsahibəsində bildirib.

“Sözlərimi qeyd edin, əgər Tramp bu seçkilərdə qalib gəlsə, baş verənləri diqqətlə izləmək lazım gələcək, o, Amerikanın təhlükəsizliyi üçün təhlükədir, əsl təhdiddir”, deyə Bayden vurğulayıb.

Bundan əlavə, hazırkı prezidentin sözlərinə görə, Tramp və ABŞ-dakı Respublikaçıların ifrat sağ qanadı Amerika demokratiyasının siyasi institutlarına “hörmət etmir”.

“Ölkəmizin tarixində dönüş nöqtəsindəyik”, deyə Bayden qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, son üç-dörd il ərzində qəbul edilən qərarlar, eləcə də növbəti üç-dörd il ərzində qəbul olunacaq qərarlar qarşıdakı onilliklərin açarı olacaq.

“Hər şeyin açarı demokratiyadır”, deyə prezident əlavə edib.

Poliqon.info