Abbas Qəzza zolağının yenidən qurulması planını açıqlayıb

Fələstin prezidenti: Hökumətin Qəzza zolağının yenidən qurulması planı var...

Fələstin Administrasiyasının Qəzza zolağında qaçqınların öz evlərinə qayıtması, eləcə də döyüşlər nəticəsində dağılmış anklavın tam yenidən qurulması planı var.

Poliqon xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas TASS Agentliyinə açıqlamasında bildirib.

“Qəzza zolağında öz vəzifələrinə başlamaq fürsətini gözləyən Fələstin hökuməti qaçqınların geri qaytarılması planını, habelə anklavın yenidən qurulması proqramını təqdim edib”, - deyə Abbas vurğulayıb.

Fələstin prezidentinin sözlərinə görə, sözügedən plana xəstəxanaların, məktəblərin, elektrik və su təchizatının bərpası daxildir. Abbas qeyd edib ki, planı həyata keçirmək üçün İsrail bölmələrinin Qəzza zolağından tamamilə çıxarılması lazımdır.

Poliqon.info