Çinin şərqində ildırım vurması nəticəsində 6 nəfər ölüb

Çinin şərqindəki Tszyansu əyalətinin Çançjou şəhərində parkda pavilyona ildırım düşməsi nəticəsində 6 nəfər ölüb...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

İldırım vurmasından sonra pavilyonun uçması nəticəsində yağışdan orada sığınan insanlar dağıntılar altında qalıb. İnsanların birbaşa ildırım vurmasından öldüyü və ya strukturun çökməsinin qurbanı olduğu dəqiqləşdirilməyib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və onların vəziyyətləri stabil qiymətləndirilir.

Poliqon.info