İranın vitse-prezidenti 10 günlük vəzifəsindən istefa verib

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif vəzifəyə başlamasından cəmi on gün sonra istefa vermək niyyətindədir...

Poliqon xəbər verir ki, Zərif bu barədə X sosial şəbəkəsində məlumat verib.

Pezeşkianın yeni təyin etdiyi vitse-prezident işinin nəticəsindən narazı olduğunu və qadınların, gənclərin və etnik azlıqların iştirakı ilə bağlı seçilmiş komitələrin fəaliyyətini vəd edilən şəkildə həyata keçirə bilmədiyi üçün utandığını yazıb.

İyulun 5-də İranda keçirilən prezident seçkilərində Məsud Pezeşkian qalib gəldikdən sonra Zərif məşvərət şurasına rəhbərlik edib. Yeni prezident ölkədəki etirazlardan sonra Qərblə münasibətləri yaxşılaşdıracağını və məcburi hicabla bağlı qanunun icrasını yumşaldacağını, həmçinin etnik azlıqların öz dillərində təhsil ala biləcəklərini vəd edib.

Poliqon.info