Bayden Yaxın Şərqdə regional müharibə ehtimalını istisna etməyib

ABŞ prezidentin sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin həlli üçün hazırlanmış sülh planı hələ də qüvvədədir...

ABŞ prezidenti Co Bayden Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Yaxın Şərqdə regional müharibənin başlanması ehtimalını istisna etmir.

Poliqon xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə CBS News telekanalına müsahibəsində bildirib. Bayden səlahiyyət müddəti bitmədən Qəzzada atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, keçən ay İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edərkən Bayden onu HƏMAS ilə atəşkəs razılaşmasını qəbul etməyə çağırmışdı. İyulun 26-da Netanyahu ilə görüşdən sonra verilən bəyanatda bildirilirdi ki, Ağ Ev Baydenin “qalan boşluqları aradan qaldırmaq, razılaşmanı mümkün qədər tez başa çatdırmaq, girovları evə gətirmək və Qəzzada müharibəyə qalıcı son qoymaq zərurəti haqqında” tələb irəli sürüb.

“Mənim hazırladığım, G7 tərəfindən təsdiqlənən, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən plan hələ də etibarlıdır və mən hər gün bütün komandamla birlikdə bunun regional müharibəyə çevrilməməsi üçün çalışıram, lakin bu, asanlıqla baş verə bilər”, deyə Bayden müsahibəsində bildirib.

Bundan əvvəl CNN telekanalı vəziyyətlə tanış olan israilli mənbəyə istinadən Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvarın İsraillə atəşkəs sazişi bağlamaq istəyini açıqladığını bildiribi. Misir və Qətərdən olan vasitəçilər bu mesajı İsrail hakimiyyətinə çatdırıblar.

Poliqpn.info