Pentaqon Yaxın Şərqə nüvə sualtı qayığı göndərir

ABŞ Yaxın Şərqə nüvə sualtı qayığı göndərəcək və təyyarədaşıyan gəminin də regiona transferini sürətləndirəcək...

ABŞ-ın müdafiə naziri Lloyd Ostin “USS Georgia” nüvə sualtı qayığının Yaxın Şərqə göndərilməsi, həmçinin “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin regionda yerləşdirilməsinin sürətləndirilməsi barədə göstəriş verib.

Poliqon xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Ostin israilli həmkarı Yoav Qalanta zəng edərək, ABŞ-ın bölgədə gərginliyin artması səbəbindən Yaxın Şərqdə hərbi varlığını artırmaq da daxil olmaqla İsraili qorumaq üçün bütün tədbirləri görməyə hazır olduğunu təsdiqləyib.

Söhbətdən sonra Pentaqon rəhbəri qanadlı raketlərlə təchiz edilmiş “USS Georgia” nüvə sualtı qayığının F-35C qırıcıları ilə təchiz edilmiş “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin ABŞ Mərkəzi Komandanlığının cavabdehlik zonasına köçürülməsini sürətləndirməyi əmr edib..Eyni zamanda, Yaxın Şərqdə artıq bir Amerika təyyarədaşıyan gəmisi, “Teodor Ruzvelt” var.

Poliqon.info