Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanmış Maqomedxan Maqomedovu təbrik edib.

Bu barədə federasiyanın başçısı "X" sosial şəbəkə hesabında yazıb.

"Olimpiya Oyunlarında güləşdə üçüncü və son medalımızı qazandıq. Sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kiloqram) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik".

Poliqon.info