Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Şəkidə baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb...

"Report"un məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan Zaqatala rayonu, Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi "Opel" markalı minik avtomobili Həsən Ağahəsən oğlu Məhəmmədovun idarə etdiyi "Man" markalı yük maşınına çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər. Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit FHN-in Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

***

APA-nın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində olub.

Qəza nəticəsində iki nəfər ölüb.

İlkin məlumata görə, minik avtomobili yük maşınına çırpılıb.

Poliqon.info