Mehriban Əliyeva Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürüncü medal mükafatı qazanmış Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedovu təbrik edib.

Bu barədə Birinci vitse-prezident sosial şəbəkədə yazıb:

"Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovu bürünc medal qazanması münasibətilə təbrik edirəm! İdmançımıza yeni qələbələr və nailiyyətlər arzulayıram!".

Poliqon.info