"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Premyer Liqanın II turunda "Səbail" - "Neftçi" ilə heç-heçə etdi - 2:2...

Poliqon offsideplus.az-a istinadən xəbər verir ki, oyundan sonra "Neftçi" azarkeşləri ilə oyunçuları arasında qalmaqal yaşanıb.

Fanatlar oyunçuları tənqid etmək üçün tribunalara dəvət etdilər. Azarkeşlər kapitan Emin Mahmudova şikayətlərini dedikləri zaman Ervin Koffi tribunalardan uzaqlaşmaq istəyib.

Bu an fanatlar ondan geri qayıtmalarını tələb edib. Əsəbiləşən müdafiəçi azarkeşlərə su butulkası tullayıb.

Bundan sonra ara qarışdı. Fanatlardan biri meydana daxil olsa da, polis və təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə edərək hadisənin böyüməsinin qarşısını adıb.

Bundan sonra Yuri Matias və Emin Mahmudov azarkeşlərdən üzrxahlıq edib.

Poliqon.info