Tramp Harrisi oğurluqda ittiham edib

2024-cü il seçki yarışında yenidən namizədliyini irəli sürən ABŞ-nin keçmiş prezidenti Donald Tramp rəqibi Kamala Harrisi ideya oğurluğunda ittiham edib...

Oxu.Az xəbər verir ki, Tramp bunu Harrisin seçkilərdə qələbəsi zamanı bəxşiş vergisini ləğv edəcəyini vəd etməsindən sonra deyib.

"Kamala Harris sadəcə olaraq mənim təklifimi köçürüb. Fərq ondadır ki, o bunu etməyəcək, sadəcə siyasi səbəblərə görə deyir. Bu, mənim ideyam idi, onun isə heç bir fikri yoxdur, o, yalnız məndən oğurlaya bilər", - Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Harrisdən əvvəl məhz Tramp bəxşiş vergisinin ləğvi təklifi ilə çıxış edib.

Poliqon.info